AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
yg
AiD – Sonuncu liliya
14/05/2015
Baxış sayı: 1144
Göndərdi: H.O.S.T'çu

AiD – Sonuncu liliya Lyrics

1-ci verse:

16cı mərtəbədən baxırsan saraya
mən isə sənin gözlərində görürəm saraylar
ərköyün şəhzadə, fikir vermirsən haraya
məni bu hisslər görən sonda aparacaq haraya
deyirlər sevgi səhər dumanı kimidi, sıx və tez itən
mən də çıxacam bir gün cümləndəki mötərizədən
sahildəsənsə dəniz artıq maraqsızdı
cənnətdəsənsə mənə həyat maraqsızdı
o güllər solacaq,atılacaq
xoş sözlər bir gün unudulacaq
Gecə gələcək yenə günəş yatacaq
amma ki nəğməm qalacaq əbədi yaddaşda
sözlər deyilib artıq, mənə susmaq qalır
əlindən tutsam belə ürəyin uzaq qalır
ağlında mən olum qoy, yadında mən qalım qoy
çılğın notlarla saf ürəyivi mən alım qoy

Nəqarət:

yenə təxirə salınır səfərlər
yeni doğmalar köhnə şəhərdə
yenə qələmim yaradır dənizlər
buruq saçına burulanda sətirlər
uçmaq istəsən tut əlimnən
gülüşün görünür gözlərindən
səbəbin soruşma heç nəyin məndən
sənə atdığım ilk addım bu nəğmə

2-ci verse:

mənim vicdanımda çox göz yaşı var bilirəm
xoşbəxtliyi qənaətsiz xərcləmişəm bilirəm
belə bir hədiyyəyə layiq deyiləm bilirəm
amma ki möcüzələrə inanmağa haqqım var
yalanın ən çox deyildiyi gündə sən doğuldun
əlçatmaz arzular tək həyatımda quruldun
və əgər dağılsa dünya hər tərəf viran olsa
razıyam sənlə xoşbəxtliyim hətta bir an olsa
yenə də nəğmələrdə ümidsiz sətirlərdi
sevgilər birtərəfli görüşlər qətillərdi
və bir görüş həyatımnan günləri məhv etdikcə
səni unudulmaz edən cəmi bir dəfə görməyimdi
sualtı dünyada nağıl sən orda şəhzadə
həyatım olsun yalan nağıl təki sən şəhzadə
güzgüyə bax mələy olduğunu sal arabir yada
sənə son toxunuşum oldu sonuncu liliyada

Nəqarət:

yenə təxirə salınır səfərlər
yeni doğmalar köhnə şəhərdə
yenə qələmim yaradır dənizlər
buruq saçına burulanda sətirlər
uçmaq istəsən tut əlimnən
gülüşün görünür gözlərindən
səbəbin soruşma heç nəyin məndən
sənə atdığım son addım bu nəğmə

  Oxşar xəbərlər  
PRoMete ft. AiD – Heykəllər
Orxan Zeynallı – Qorxma Özündən (vocal Gul’nar)
Orxan Zeynallı – Şərbət
Orxan Zeynallı – Dərində (ithaf)
Orxan Zeynallı – Dəyişir Həyat
Orxan Zeynallı ft. Mərdan Kazımov – Ən Ətirli
Orxan Zeynallı “AiD” (H.O.S.T) — “Bəlkə də nə vaxtsa”
Orxan Zeynallı (AiD) – Həyatın Özü (ft. Tomris)
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Epi - Qətran
Karat - Ay işığında (Ft. DN Jo)
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 63
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli