AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
Ali Ashikar ft. Lakonik – Eşqmi?
06/08/2015
Baxış sayı: 3102
Göndərdi:

Lakonik [skit]

Artıq xatırlamanğa dəyəcək qədər belə qalmadın. Səni unutmaq haqqımdı. Unutqan biri deyiləm əslində. Amma sən məndə xatırlanacaq heç nə buraxmadın. Mənim unudulmuşum olmaq belə gözəldi. Bil, eşqmi? aramızda qaldı içimizdə yox.

Ali Ashikar [verse]

Sənə güldən artıq söz demədim yetərki sən gül
Sənə yaraşmazdı özgə əllər üstünü örtsün
Şairin cümlələrini əzbərləsin halına gülsün
Aşiqin yarına zildən oxusun xar ilə bülbül
Get hörsün saçlarını özgə əllər
Toxusun ömür ağacına bircə-bircə hər telini
Bizdən keçib artıq qış ötür və yazım gəlir
Özün də bilirsən axı yaş ötdükcə nazın gəlir
Və sonra sən gəldin toxundun hisslərimə
İnan ki, heçkimə yox ən çox özümə hirslənirəm
Ki, qapandım dizlərinə yazanda hisslərimdən
Səninlə nə yaşadıqsa hamısını bil gizlədim mən
O bilir düşsə gözümdən qaldıran olmaz
O bilir onu sevirəm özgəsiylə heç cür alınmaz
O bilir mənə bəzənir bəlli edir hər gəlişində
O bilir neçə il keçib artıq onun son gedişindən
Bir evdə bir çörəyi bölmək nədi? bilmədik biz
Soyuducumda səndən qalan bir-iki boyat xatirələr var
Alışır gözlərimdə köhnə rəsmlər
Süzülür yanağlarıma sıxılarkən orda küncə yar
Sən vidasan xoş gəldin mən
Mənə gülümsəməz o ulduzlar getsən əgər məndən
Bəlkə bizə də düşərdi həmin üç alma göydən
Buraxıb getdin heyf ki, nədir bunun adı? söylə

Nəqarət [2x]

Eşqmi səni məndən alıb aparan?
Eşqmi səni göz yaşında boğan?
Eşqmi? İlk öncə alışmağa,
Sonra unutmağa məcbur edən nədir?

Lakonik [verse]

Geriyə dön və bax xanım, nələri qoyduğ gəldiy,
Eyni masadayığsa indi nədəni soyuyub tərimiz
Çəkinmə, onsuz da dolub külqabı, yandır sən də birini, görürəm axıb sürməsi gözlərinin

Gün gələr vidaya sığışdırarsan məni
Gedərsən, boş şüşədən yığışdırallar məni
3 ay sonra başqa birinə yaraşdırallar səni
Yene gedərsən, yorğanı yığışdırallar gəlib

Məni görmək istəmirdin dünən kimi yadımdadır,
Qapını çırpıb getdin o an ağlımı yadırğadım,
Geriyə dönüb baxıram indi canıma ilk sarılmağın
Qədər içdən bir eşq, heç yaşanılmadı

Çatılırdı qaşlarım üzümə hər güləndə sən
Nədəni başqasını oturtdun araya üzə güləndə mən
Başın sağolsun xanım, öldü daha güvənmələr
Bəs hansı cürət indi sənə dedizdirir “güvən mənə”?

Bu şəhər bizim demişdiy xatırla,
Dənizini kirlədirdin son xatırladığımda,
Qalasına ip asıb asdım sonuncu tüstünü
Saxlamalıydım oysa asarağ gedən bi yarımı canımda

Deyərdim açığı sarılsan, eybi yox, olan oldu
Axı sən çox sevirdin 3 günə niyə yerim doldu?
Bilirəm, sən özbaşına getməzdin biz axı yanılmazdığ
Kimin arzusu gerçək oldu o ulduz səni aldı?

Nəqarət [2x]

Eşqmi səni məndən alıb aparan?
Eşqmi səni göz yaşında boğan?
Eşqmi? İlk öncə alışmağa,
Sonra unutmağa məcbur edən nədir?

  Oxşar xəbərlər  
Melan Məhər – Salam Payız ( Chorus: Ali Ashikar )
Melan Məhər & Titekta Şehh – Memorial
Rza – Qaraşın
BadClause & Lakonik – Tutma Əllərimi
Ali Ashikar – Gözüm Qol Çəkir
Ali Ashikar ft. Lakonik ft. Pranga – O günlər tək
Melan – Təkəm
Lakonik – Olmaz
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Karat - Ay işığında (Ft. DN Jo)
Epi - Qətran
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 68
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli