AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
11113226_898489523557099_1505528526831855499_n
Ali Khayyam ft. RG – Yalançı
22/06/2015
Baxış sayı: 2872
Göndərdi:

Ali Khayyam ft. RG – Yalançı Lyrics

[Verse: RG]

Mən yalançıyam özümə qarşı
Tutduğum sözümə qarşı
Nə qədər aldatmaq olar hər şey olacaq yaxşı,
Düzünü demirəm, yalançıyam görən gözümə qarşı
Yalanım həqiqətimin bir qarışı,
Yalanım müqəddəs vergiye qarşı,
Yalanım sevgiyə qarışıb,
Mən fahişələrə şərab, qəhqəhə vururam,
Sevdiyim gözlər, göz yaşıyla isladıb balışı.
Yalanım, Anamın saçına dən salıb,
O Atamı gücsüz edib onu əldən salıb,
Yalanım dildən çıxarıb məni elə dilə salır,
Arada o qədər olur bilmirəm nə nədi,
Məni də elə salır.
Aldadıb aldanıram, əlimizdə qan izi
Yalanım vətənə, işğal altında iyirmi faizi
Yalançıyam düşmənə qarşı, içmirəm onun qanını
Yalançıyam mən, yalançıyam, pozuram neçənci andımı.
Yalançıyam oğluma qarşı, elə hər doğmama qarşı,
Onsuz olmur cavanı da, ağ saqqalı bununla barışıb
Yalan doğruma qarşı, yalanla boğulub baxışım
Mən yalanam, pressa məni doğru kimi soxmağa çalışır
Yalanım Tanrıma qarşı, yadıma düşür darda və ya əlimdə badə,
Çiy süd əmmişəm, mən insanam qınama nə badə,
Qüsur genlərimdə mənim,
Yalançıyam mən, yalançıyam
Babamın adı adəm!

[Verse: Ali Khayyam]

İyirmili yaşlarda qocalıq yaşayır gəncliyim
“Hər şey yaxşı olacaq” deyənlər yalançı
Küçələr keçilmir kədərdən, küçələrdə şeiriyyat var
Şair dedikləriniz, evdə Analarına yalançı
Bircə Pərimin gözlərindən axacaq yaş deyə,
Saxlıdır həqiqət hələ də
Lənət olsun bu günümə, mən şeirlərimə də yalançı
Dərdi yazmaq olanın qələmindən Tanrı əksik olmamalı
Gənc ədiblərimin dərdi qadın şəhvəti, kitablarınız da yalançı
Çox gördük polis qandallı əllərin pafoslu şəkillərini
Sol nə bilir Vətən-Millət nədir? Mitinqləriniz də yalançı
Səma şairiyəm mən, şeirlərim kərvandır
Bu karvanların da səhrasında, hər şey ilğım, hər kəs yalançı
Yuxularımı illər əvvəl kitabların arasında itirmişəm,
Hələ də tapa bilmirəm.
Neçə dərman, nə qədər içki,
Nə qədər olar səhərlərə siqaretlə sabahın xeyir demək
Nə edim, ölə bilmirəm
Nə qədər olar yuxusuz küçələr, nə qədər olar şeirləşmək istəmədən
Nə dədər olar ağrımaq bu qədər kədərin üzərinə
Nə qədər olar boş dualar, qüya olacaqmış kimi nəsə
Əgər dualar xəstəyə çarə olsaydı, heç bir Ana ölməzdi
Ruhumu al məndən, as inanclarımdan məni, dualar da yalançı
Bu gün gözlərin heç danışmır mənimlə
Gəl tut əlimdən
Saatlar gözləyə də bilər
Boş ver
Susuzluqdan çartlamış torpağam
Ağla bir az mənə, bir az öp məni
İnsanlar gözləyə də bilər
Boş ver
Baxma əllərim kobudlaşıb bu son illərdə
Baxma tel-tel ağarmış saçlarıma
Gözlərimin altındakı qırışlara heç fikir də vermə
Mən hələ uşağam, qoru məni bu insanlardan
Boğazımda düyüm, hər dəfə deyəndə ki, “yaxşıyam, Anam”
Güzgüdəki insanam mən, mən başdan ayağa yalanam

  Oxşar xəbərlər  
RG – Söz Önü
Okaber ft. RG – WOW
RG – Qaraqan Hardadır ?
RG – Respect
Okaber ft. RG – Çək pərdə
RG – Format Deyil
RG – DVBDVBV
RG – De Ağa
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Karat - Ay işığında (Ft. DN Jo)
Epi - Qətran
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 68
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli