AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
Quemika-1222
Dakodje – Quemika
25/07/2015
Baxış sayı: 1407
Göndərdi:

Dakodje – Quemika Lyrics

Dalğalanır əzəmməti uşaqlığının gümbəzi
Min bəlayla böyüdüyü badi kubəsi.
Ala gözlü kürən qızı saçlarının əsməsin
Unutmurdu, görmüşdü gözlərinin görməzi.
Atasız anasız böyümək, üstünə can vergisi.
Cizyə, xüms. Ərəblərin kölgəsi.
Yaşamaq çətin amma o qıza sevgisi.
Fəqanın unutdurardı küçənin döngəsi
Qəmindən geydiyi şalı, gözündən hüzn nişanı.
Səhnəsində məhşur idi, kənarda yox idi şanı.
Hər qana doymaz günün axşamı
Üzündən oxunardı peşəsinə pərişanı
Seçmişdi qətli peşə, gəzməkdənsə bekar.
Ayırardı canı vücuddan, başı bədəndən.
Keçərdi önündən min bir cür günahkar.
Bəlkə də günahsızlar, cəladd idi tələbdən.
Hər gün əli qana bulanar, çarşaf üzündə.
Meydanda kəsdiyi başlar, ölümün fitnəsi
Yalvarır baxan baxışlar, canlanar gözündə
Uçuşan kəllələr, ömürlərin bitməsi.
Bu qədər əqli əziyyət, iztirablar sonsuz.
Fəqət bu dərdə dəva, var idi bimarə şəfa
Cahanı cənnəti canı istəməzdi onsuz
Ala gözlü kürən qız olacaqdı qəlbə səfa.
Günlərin bir günü, çıxar edam kürsüsünə
Bu günə edamül-şəxs, adi faişə
Adi hadisə, itiləyibən baltasını
Qəlb fərahda, döndərəcək bir pozğunu leşə
Gələndə qurbanı, dağılır diqqəti.
Ala gözlü, kürən qız, tanıyır bu surəti.
Çarşaf altda tərlər axır, quruyub qəddü qaməti.
Sevdiyinin başı önündə, düşür dizin taqəti
Durğunluq verdi təkan, kütlə dedi kəs əxlaqsızı.
Başqa sözlə sevdiyin qızı
Üzdəki çarşaf altda göz yaşı və də iç sızı
Oldu ətraf qırmızı.

  Oxşar xəbərlər  
Okaber ft Dakodje – Repressiya
Dakodje – Təkcə sən
Dakodje – Özünə yaxşı bax
Tibu ft Dakodje – Qapanma Doktrinası
A Team – Publika
Dakodje [A Team] – Mən gedirəm
A Team – Fərz et
A Team – Xoşbəxtliyə nifrət edərək
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Epi - Qətran
Karat - Ay işığında (Ft. DN Jo)
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 66
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli