AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
Karat - Jasmin
Karat – Jasmin
07/08/2015
Baxış sayı: 9918
Göndərdi:

Karat – Jasmin Lyrics

[Chorus: Elçin Məhərrəmov]

Gəl, al məni əllərdən, dərd yağır gözlərdən
Bezmişəm yalançı, saxtakar üzlərdən
Möhtacam sevgilim, doymadım mən səndən
Gəl gülüşlərinlə həyat ver yenidən

[Verse: 1]

Nərimanov,axşam saat 11
Biraz qar yağır,hava soyuğ və yol da uzağdır.
Mən həmin oğlanam ki, cibimdəki son qəpiyimi
Bələkdə körpəsiylə ac qalmış qadına uzatdım
Gözlədiyim qədər gəlmədin
Ruhum bədənimlə halalaşaq.
Haqqımda pis danışma heç vaxt
Sən gəl heç olmazsa adam kimi sağollaşaq.
Sənə görə mən gör necə yara qopartdım
Yazımla bəzən sarıdım bəzən qanatdım
Sənin kimi olmağ istəmişdim
Heyif Tanrı məni insan kimi yaratdi
Ağlayanda göz yaşını silməmişdim.
Yəni sən heç vaxt qorxduğumu görməmişdin.
Bilirəm Torpağın qoxusunu sevirsən
Biləklər əbəs deyil, ona görə ölmək istəmişdim şair hər gecə içir yazır.
Ölməy yada yaşamağ önümdə seçim qalır.
Bədənimin 70 faizi sudan ibarətkən niyə həmişə sən tərəfdən elə hey içim yanır
Əsil sevgi mürəkkəblə axmağdı, şeirler axmağdı.
Yalnızlığ gecələr xəyallarını qurduqdan sonra
Yastığı qucağlayıb yatmağdı.


[Chorus: Elçin Məhərrəmov]

Gəl, al məni əllərdən, dərd yağır gözlərdən
Bezmişəm yalançı, saxtakar üzlərdən
Möhtacam sevgilim, doymadım mən səndən
Gəl gülüşlərinlə həyat ver yenidən

[Verse: 2]

Səhf edəndəndə elə et ki,bağışlanmağa üzün olsun
Çalış ki, düzün olsun.
Yazdığım qurandan çox əzbərlənirsə
Mən istəmirəm məhşurluğu, alın sizin olsun.
Gecələr sənsizdir
Sərxoşluğumun səbəbi içki deyil sənsizlik
Əllərim çox üşüyür
Həkim qansızlığ deyir, mən isə sənsizlik.
Göz yaşlarım gözümdən intihar etdi
Yəni, gözümdən intihar etdin
Bilirəm yazanlar var,hamısının ilham pərisi
Mənim yazdığlarıma pərilər intihar etdi
Süzülüm yanağlarından
Payız qonağ gəlirdi,süzülən yanağlarından
Bagışla həddimi aşdım
Şəklini qucağlayıb öpdüm kağız dodağlarından
Nə olar öldür məni səbr eləmə

Gözlərimdə gah daşqın, gah da kı, durur sular.
Heç vaxt gedişinlə fəxr eləmə
Sənnən elə gedərəm ayrılığda qürur duyar
Bu mahnı ürəyinin döyüntüsüylə bəstələnib.
Hər şey qabaqdadır. Sus,danışma,
Sakit ol, sevgi deyəsən xəstələnib,  elə hey yatağdadır.

[Chorus: Elçin Məhərrəmov]

Gəl, al məni əllərdən, dərd yağır gözlərdən
Bezmişəm yalançı, saxtakar üzlərdən
Möhtacam sevgilim, doymadım mən səndən
Gəl gülüşlərinlə həyat ver yenidən

  Oxşar xəbərlər  
Karat – Günəşi olmaz qadın
Karat – Qadın
Karat – Günəşi olmaz adam
Karat – Şeir Dəmlədim
Karat – Ay işığında (Ft. DN Jo)
Karat – Biri sənsən biri mən
Karat – Ala Gözlüm (ft. Tibu)
Karat – Dünənim (ft. Tural Xaos)
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Karat - Ay işığında (Ft. DN Jo)
Epi - Qətran
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 68
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli