AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
11721279_1587615284796742_1321119741_n
Karat – Qadın
06/07/2015
Baxış sayı: 11835
Göndərdi:

Karat – Qadın Lyrics

[Verse: 1]

Neçə sərnişin ötürüb gəmilər
Yaş üstünə yaş qoydum və görübdə bilər
Biraz əyləş heç yerə getmə (mənidə gözlə)
Xəyallarımı götürüb gəlirəm
Sol yanımdasan, sadəcə bil istədim
Sadəcə sev istədim
Qayıt deyərkən niyyətim barışmaq deyil
Elə gözəl getmişdin ki, yenidən get istədim
Tərk etdiyin yerden düşdüm izlərinə
Aşiqəm gözlərinə (gözlərinə)
And içirəm bir gün yalan danışacam
Vursun başımı cəllad, düşsün dizlərinə
Rəsiminə baxdım, sonra bilək ülgücü seçməzmi? (Və sonra)
Və sonra torpaq məni sevməzmi?
Yaşadığım hər dəqiqəde ağrı verirsən qadın
Əlindən başqa heçnə gəlməzmi?
Həmişə gülməyi öyrədərdim
Gözlərinin dərinliyinə dalmağı öyrədərdim
Getməyi yaxşı bilirsənmiş kaş qalmağı öyrədərdim
Şeir dəmlədim və sənə sətir açdım
Yoxluğun, ürəyimə sətir açdı
Buludlardan yanağlarına damlamağ istəmişdim
Yağış sanırdı sadəcə, hər dəfə çətir açdı
Günəş saçlarının yanında solmazmı ?
Solmazmı,badələr dolmazmı?
Heç vaxt şirin-şirin çıxıb getmə
Əsəbləş amma yanımda qal, olmazmı?
Son hədiyyəmə gülümsədin
Dedim ki, dönər əlbət, dedim ki, başlasa yenə məğrurdur
Parkda əl-ələ gördüm sizi
Ürəyinə zəng elədim deyir ki, başqasıyla məşğuldu.

[Chorus]

Heyif mənim günahım nəydi ?
Mən sevdim, başqası aldı, getdi
İndi tək, tənah qaldım
Çox heyif, gör kimə yandım (x2)

[Verse: 2]

Bizim münaqişə qızım yoxsa oğlum olsun
O həmişə qız deyirdi mən isə oğlum olsun
Nə isə,çox danışmayım.
Qardaş bir badə şərab gətir,yanında yoxluğ olsun
Ölümə tək getməliydim
Dönüşün olmayacağ, dərk etməliydim
Küçədə qızını gördüm, əl ələ idiz
Dünən Bakını sən tərəfdən tərk etməliydim
Qəlbim yoxluğunda şəhid oldu.
Günəşi olmaz adam, çəkdim sabahlarıma
Bütün yazdığlarıma gecələr şahid oldu
Külək qədər də olmadım, toxunum saçlarına
Heç kəs anlamır məni,
Nolar, bir dəfə yada salsan
Əslində başa düşərsən, bəlkədə anladın məni
Sevdiyin qadının bir gün nişanına dəvət alsan.

[Chorus]

Heyif mənim günahım nəydi ?
Mən sevdim, başqası aldı, getdi
İndi tək, tənah qaldım
Çox heyif, gör kimə yandım (x2)

  Oxşar xəbərlər  
Karat – Günəşi olmaz qadın
Karat – Jasmin
Karat – Günəşi olmaz adam
Karat – Şeir Dəmlədim
Karat – Ay işığında (Ft. DN Jo)
Karat – Biri sənsən biri mən
Karat – Ala Gözlüm (ft. Tibu)
Karat – Dünənim (ft. Tural Xaos)
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Epi - Qətran
Karat - Ay işığında (Ft. DN Jo)
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 66
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli