AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
seir demledim
Karat – Şeir Dəmlədim
28/03/2015
Baxış sayı: 10227
Göndərdi:

Karat – Şeir Dəmlədim Lyrics

[Verse: 1]

Gecələr yuxularımda onu görürəm,səhər gəlmədi
Yəni səhər gəlmədin
Gələndə dərd gətir biraz
Çünki, ikimiz üçün pürrəngi şeir dəmlədim
Yaralarımızı sarımamışıq
Sevgin ağılsızdır, önümüzdən gələnə gedirdi
Görəndə yolda guya ki, bir birimizi tanımamışıq
Üz-Üzə gəlməmək üçün əlimizdən gələni edirdik əslində
Köhnə evin dirəklərinə bax
Hər yer qaranlıqdır, şəhərin bir rəngələrinə bax
“Necəsən” deye sual ver
Əgər bilmək istəsən biləklərimə bax
Sənin üçün ağlaya bilmirəm
Bəlkə döndün deyə qapını bağlaya bilmirəm
Dəyişmədim, hələ deə köynəyimin sağ qolunun düyməsini tək əlimlə bağlaya bilmirəm
Yazdığıma “Şeirlər” də sən
Sən Şeirlərdəsən
Unutduğunu düşünmə heç vaxt
Gördüyüm sevgilər də, qadınlar da şeirler də sən
Yağış döyür pəncərəni, işıq sönmüş halda
Otağın divarlarına qan ləkəsi düşmüş halda
Qorxuram bir gün xəbərsiz gələrsən və görərsən
Ev dağınıq və mən ölmüş halda

[Verse: 2]

Sən ağılsızca gözləyərsən bütün ili gəlməz
Ürək yarımçıqsa bütün elə gəlməz
Dedilər pozulub artıq içir,çəkir. Çəkmə!
Qadının üstündən gül iyi gələr, tütün iyi gəlməz!
İstəsən silərsən məni,birinci qəlbdən başla
Niyəsə xəstəliyin 50 faizi qəlbdən başlar.
Mənim üçün adın durur qəlbdən başda
Gələndə gətirmişdin hərşeyimi, qəlbdən başqa.
Ən acı söz desəndə inanki gülərəm mən
Bilsəm qopacaq əlim,göz yaşını silər əllər
Oturduğunuz restoranda otura bilmərəm
Ən uzağı pəncərəsini silərəm mən
Kül onsuzda yanmaqdan qorxmaz
Soruşan olsa “niyə ayrıldız”
“Başqasıyla gəzirmiş” de
Dünən gecə səni qucaqlayıb yatdım
Səhər baxdım biraz şəklin əzilmişdi
Səndən bəhs eləyim
Qoyma öpsün səni! İnanki səhv eləyir
Hamı sənin bədənini fikirləşərkən
Bir dəfə yanaqlarını görmək mənə bəs eləyir
Ən böyük səhv’im mənim düşünüb ağladıqca
Hər dəfə hər sevgini xoşbəxt son deyə bilməkdir
Nişan günü kişilik söyməyib arxasınca
Ağlayaraq “xoşbəxt ol” deyə bilməkdir

  Oxşar xəbərlər  
Karat – Günəşi olmaz qadın
Karat – Jasmin
Karat – Qadın
Karat – Günəşi olmaz adam
Karat – Ay işığında (Ft. DN Jo)
Karat – Biri sənsən biri mən
Karat – Ala Gözlüm (ft. Tibu)
Karat – Dünənim (ft. Tural Xaos)
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Epi - Qətran
Karat - Ay işığında (Ft. DN Jo)
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 66
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli