AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
kor
KorYolçu – İlahə ( feat İlahə )
14/05/2015
Baxış sayı: 776
Göndərdi: Əlizadə Asiman

KorYolçu – İlahə ( feat İlahə ) Lyrics

Verse 1.
Sən – yağış damcılarının içində bir xoş xəbərsən.
Buludlar ağlamır əslində; sən – ağ göyərçinsən.
Özünlə gətirdiyin sübutlar gərəkdi bizə.
Səmada heç nə yoxdu, Günəşlə Ay bəsdi bizə.
Sən real olmasan da, varsan, indi yanımdasan.
Sən – uzağı olmayan bir uzaqdasan: yadımdasan.
Səni mən yuxularımda görə bilirəm, heyif, yoxsan.
Ayılmaq istəmirəm, varlığın yox olar, yoxsa.
Sən mənim tanımadığım əsl mən`sən – içimdəsən.
Sən elə şərabsan ki, şərabın özünə içirdəsən.
Şairi sərxoş edən cümlədi, cümlənisə, sən.
Sən – sənə yazdığım şeirsən, indi əlimdəsən.
Sən məhkum idin yuxularımda, amma azad etdim.
Bəlkə də, sənli yuxularım YOLÇU`nu yazar etdi.
Yanımda boşdu yerin, yuxularımdan ibarətsən.
Mahnının içində mən sən`əm, sənsə, nəqarətsən…

Chorus: (x1)
Hər bir insan üçün, ona gərəkdi özü kimi bir insan ola.
Amma, onu axtarmasan, ruhuna qar yağar, o, yenə üşüyər.
Təkliyə məhkum olan, insan oğlu özü istəmədi bunu.
Gözləməyinin nəticəsidi, ürəyin yenə tələsir görüşə…

Verse 2.
Sən – azadlığımın olmadığı bu yerdə təsəllimsən.
Sən – dəyəri ölçülə bilməyən qız; milyonda birsən.
Sən – həzin musiqisən, xoş günümdə görünmürsən.
Sən yalnız məndə var idin, amma daha ölümsüzsən.
Sən – mənim ilk mübarizəm, edirəm varlığımla.
Sən pıçıltı ilə danış, mən eşidəcəm karlığımla.
Sən bizə sevgi gətirdin, amma biz qovduq onu.
Sən kainatla qarışmısan deyə, o, sonsuz olub.
Sən – sevdiyim qız üçün yazdığım dördüncü şeirsən.
Sən – mənə həm pis, həm də yaxşısan; bizik xeyir-şər.
Sən – “sevgi həqiqətdi” cümləsinin nöqtəsisən.
Sən – görmədiyim Günəşsən, əgər ki, kölgə sirrdisə.
Sən – uzağı yaxın edə bildin, sevgiyə sübut kimi.
Sən – yanlış əməllərimə son qoyursan, hüdud kimi.
Sən – bütün varoluşun gözəlliyinə nişanəsən.
Daha heç şübhəm yoxdu, sən sonuncu İlahə`sən…

  Oxşar xəbərlər  
KorYOLÇU feat. Aeres Consacres – Təcili uçmalıyam
Difai – Music Note
Puzzle feat. Mc Bilinmeyen – Görmədiyiniz iş
KorYOLÇU – Payızın dilindən
KorYolçu ft. Paster – Huk Lyrics
KorYOLÇU feat. Slangue – Necəsən
Paster(Nifrət) feat. KorYOLÇU – Küçələr Bizimdir!
KorYOLÇU – Nifrət etmə (Live!)
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Epi - Qətran
Karat - Ay işığında (Ft. DN Jo)
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 66
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli