AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
Lakonik – Olmaz
04/08/2015
Baxış sayı: 2045
Göndərdi:

Verse 1.

Səndən qopmaq istədim, yağışa qarışmaq
Torpağa qala bir addım, kipriyindən asılsam
Yazılı hər cümləm tütün qoxan saçlarına
Bu könül səni istədi, tam gəlincə eşqə sıra

İri gözlərini çətin gəldi vərəqə pıçıldamaq
Yazdığım hər şeiri qulaqlarına fısıldasam olmaz
Buna belə gecikdim
Bir nəfəs, boğazından ciyərlərimə sığınsa da

Sən onu sevdin, əldən gələcək heç nə yoxkən
İndi səni sevirəm, əldə nə gələcək nə də keçmiş
Keçmiş oldu şairin şeir sevəni sevməsi
Bu şəhər şahid olmadı heç gedəni gəlmədi

Sən ayrı dünyasan qadın gəl yetər mənə
Sən gəl, o böyük dünyaları verərərəm gedənlərə
Üzü asılarsa şairin üzündən asar qələmi kağızın
Mən səni sevdim gedəndə də.

Nəqarət(2x):

Olmazmı geri dönsən?
Həsrətin üzündən asılıb bu gecə
Gözümün önündə

Verse 2.

Yalnışıq biz, düzünü demişdin,
Olmazıq biz, alınmazıq biz, təəssüffük biz
Ona görə kəsdiyin uzun saçlarını yenidən uzat mənə görə
Onsuzda yanmışıq biz

Batmışıq gözünə dolan dəli dalğalarda
Bir az daha qopuruq o kəs səni axtaranda
Bizi qoy qırağa, mən olmaya bilərəm bax sabahdan
Səni ələ salan şəhər məni əldən salır ancaq

Hanı sən dəyişməzdin, necə bəs dəyişdin
Sən məni səni ələ salan o şəhərə dəyişdin
Zəifəm, düzdü, səni unuda bilmirəm
Məni dəyişdiyin o şəhər səni də birinə dəyişdi

Necə dəyişər ki, bir insan başqa birinə sevdiyini
Sən artıq başqa şəhərə getdin, necə gəl deyim indi
Sən mənim hər şeyi buraxıb özümə gəldiyim idin
Necə get deyim indi?

Nəqarət:

Olmazmı geri dönsən?
Həsrətin üzündən asılıb bu gecə
Gözümün önündə

  Oxşar xəbərlər  
Melan Məhər & Titekta Şehh – Memorial
Rza – Qaraşın
Ali Ashikar ft. Lakonik – Eşqmi?
BadClause & Lakonik – Tutma Əllərimi
Melan – Təkəm
BadClause & Lakonik – Tutma Əllərimi
Ali Ashikar ft. Lakonik – Eşqmi?
Rza – Qaraşın
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Epi - Qətran
Karat - Ay işığında (Ft. DN Jo)
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 66
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli