AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
bus
Mc B.u.S – Gerçəyin Özü
14/05/2015
Baxış sayı: 1023
Göndərdi: Yusif Huseynov

Mc B.u.S – Gerçəyin Özü Lyrics

Doğru qoyub səhf demərəm mən hər zaman doğruyam
Heç vaxt qorxmamışamki biri buna görə məni doğruyar
Mən adi vətən oğlu. Hər gün səhər altıda çıxıb
Çörək pulu üçün işə gedən bir kasıbın oğluyam

Küçələrdə davalardan çapıq qalıb qaşımda
6 yaşımdan atasızam indi 20 yaşım var
Yəni nə olursa olsun ayaq üstdə durmalısan
Bizədə məsləhət bunu bilib, Allahım ən başından (çox şükür)

Hər trackdə eyniyəm mən hər trackdə əsəbiyəm
Anlatmaq isdədiyim, inanmıram bəs eliyər
Yaratmaq Allaha məxsus Baba kimdiki nəsə yaratsın
Məni gözündə yüksəltmə, mən tanrının əsəriyəm

Hər gecə yatmadan dinlə dindirəcəm acılarıvı
Əmin ol unutduracam sənə saxta hacılarıvı
Sadə xalqın saxta gənci heç vaxt məni başa düşməz
Gecə gündüz izləyərkən Sevil Sevinc bacılarını

Hər dəfə yıxıl və durdum ayaqlarım qırıldı
Mən küçənin şairiyəm ümidlərim qırıqdı
Gördüklərimi görki küçədə balaca uşaq üçün həyatın
Bir mənası yoxdu çünki ayaqqabısı cırıqdı

Mən ölkəmin yaxşı yanı yox ən bədbəxt pis yanıyam
Bu qədər çirkinlik varkən, gözəlliyin nöqsanıyam
Yaşamaqdan bezib artıq kasıbçılığa nifrət edən
Bir kasıbın qorxub susub saxladığı üsyanıyam

Haqsız hər zaman haqsızdı lap isdəyir dağ olsun
Hansı məntiqnən düşünür deyən “ölkəm bağ olsun”?
Bunlar dəyişsin gözləmə, haqqıvı tələb eylə çünki
“Vətən sağ olsun” deməklə vətən durub sağ olmur

Sənin üçün müqəddəs olan tək bir şey taxtındı
Mən yazdığım hər sətirdə sərhədləri bax qırdım
Maaşları qaldır artıq çünki hər gecə acından
Ölən sənin xalqın deyil ölən mənim xalqımdı

Hər kəs önə getdi amma bizlər həmişə dalda qaldıq
Mənə haqqı verəcəydiz deyin görüm harda qaldı? (hə?!)
Gecələr yatmadan yazıb bizlər doğrunu çatdıraq
Sİzsə hələdə yatıb durub deyin “rapçi narkomandı”.

  Oxşar xəbərlər  
Mc B.u.S – Ölüm Yarışı ft. MadRhyme
Mc B.u.S – Pis Uşaq
Mc B.u.S – Prrramoy
Mc B.u.S – RePlay
Mc B.u.S – Tanı Məni
Mc B.u.S ft. Likan – Süzgəc
Mc B.u.S – Üzr İstəyirəm
Mc B.u.S – Sonuncu Üsyan
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Epi - Qətran
Karat - Ay işığında (Ft. DN Jo)
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 63
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli