AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
mexanizm
Okaber – Başlıqsız Sətirlər
27/10/2014
Baxış sayı: 18045
Göndərdi:

Okaber – Başlıqsız Sətirlər

Başlıqsız sətirlər…
Qandal vurulmuş qələmlə söz yazan əsirlər.
Başlıqsız sətirlər,
Bu sətirlərin hərflərində sözü var qələmin,
Sirri açılmaz aləmin,
Parçalanmış qəlbimin, qanla dolmuş ürəyimin,
Dözülməz ağır zərbələrə dözən kürəyimin,
Xəstə ruhumun, körpəlikdə itirdiyim qorxumun,
Bəzən şeytan, bəzən də mələk olan duyğumun,
Hamısının sözü var, iti sərt qələm cızırdı,
Qorxum yox, canavarlarım ölümə hazırdı!
Qələm yazırdı, olmayan pak məhəbbətdən,
Qələm yazırdı heç vaxt olunmayan mərhəmətdən,
Qələm yazırdı qarğışdan yox, rəhmətdən,
Qələm yazırdı yaltaqlıqdan yox ,hörmətdən!
Bu sizin qələminizin yazdığı neçə illər
Və əsrlər nə qədər dolur fəsillər,
Siz şairlər çoxunuz gizlətdiniz həqiqəti.
Yazmadınız əsl faciələri, əsl fəlakəti!

Başlıqsız sətirlər vərəqə müsafirlər,
Hələ açılmıyıb, amma açılacaq nə vaxtsa sirlər.
Başlıqsız sətirlər, yazılmamış şeirlər,
Qandal vurulmuş qələmlə söz yazan əsirlər.(x2)

Siz yazmadınız həyatın qara görünən tərəflərini,
Siz yazmadınız tələblərini, onun hədəflərini.
Rəhbərlərin səhvlərini gizlədib ürfanlarda,
Yazmadınız açıq-aşkar, bəlkə də fərq zamanlarda.
Siz yazmadınız şouya dönmüş iyrənc siyasətdən,
Siz yazmadınız zorlama adlanan cinayətdən.
Siz yazmadınız auksiona qoyulmuş torpaqlardan,
Yazmadınız qanımızı içən hegemon alçaqlardan.
Siz yazmadınız xaosdan, terrordan, mafiyadan,
Yazmadınız körpə səsləri eşidilən pornoqrafiyadan,
Yazmadınız fahişələrdən, yazmadınız peysərlərdən,
Yazmadınız mavilərdən, arvadını satan ərlərdən,
Siz yazmadınız spid virusu tutmuş məsum körpələrdən,
Yazmadınız uçurumlarda tikilmiş körpülərdən,
Yazmadınız bütün bunlara qarşı çıxan düşməndən,
Siz tanımadınız məni! (Okaber!)
Siz yazmadınız məndən!

Qələm və kağız mənəm!
Düz deyən dil ağız mənəm!
Yazılan bu sətir mənəm!
Pozulan hər fikir mənəm!
Fikri pozan silgi mənəm!
Xəyanət və sevgi mənəm!
Ayrılıqda qalan mənəm!
Həqiqət və yalan mənəm!
Yalanı doğru sayan mənəm!
Qan içərək doyan mənəm!
Tərəf o yan – bu yan mənəm!
Dur, yuxudan oyan mənəm!
Panteist və sufi mənəm!
Nəsimi hürufi mənəm!
Laməkanın hərfi mənəm!
Əla, yaxşı, kafi mənəm!
Müsbət mənəm, mənfi mənəm!
Aşkar mənəm, məxfi mənəm!
Bəşəriyyətin səhvi mənəm!
Külliyyatın məhvi mənəm!
Dünən, bugün, sabah mənəm!
Pak, batil, günah mənəm!
Şeiriyyatın məmləkətinə hökm eliyən şah mənəm!
Vulqar söyüş söyən mənəm!
Jarqon özünü öyən mənəm!
Taxta qapıma əl vurarsan,
Dəmir qapını döyən mənəm!
Başlıqsız sətirlər mənəm!
Son əsatirlər mənəm!
İfa olunan notlar mənəm!
Və bu son akkordlar mənəm!

  Oxşar xəbərlər  
Okaber – Mərasim
Okaber – Qanqa
Okaber – Mən İnsanları Tanıyıram
Okaber ft Sirat – Çağır gəlim
Okaber – #OnÜç
Okaber – Sylvia Ganush
Okaber – Vətən Xaini
Okaber – Boz Ay
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Epi - Qətran
Karat - Ay işığında (Ft. DN Jo)
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 66
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli