AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
maxresdefault
Okaber ft. RG – WOW
23/01/2016
Baxış sayı: 1514
Göndərdi:

Okaber ft. RG – WOW Lyrics

Chorus

Mat, məəttəl, təəccüb (wow )qalıram, çox təəssüf,
Demək olar, hamı.
Səssiz təəccüblən! (wow)
Meşəyə insanlar gəlir, şəhərə canavarlar!

Mat, məəttəl, təəccüb (wow )yazıram, çox təəssüf,
Demək olar, hamı.
Səssiz təəccüblən! (wow)
Meşəyə insanlar gəlir, şəhərə canavarlar!

Verse 1 

Başa düşürsüz hörməti, hökümət və yaxud rüşvət,
Cəhənnəm nə olur, olsun, amma azalmasın sərvət.
İşiniz sponsorluq, gündə tv-yə bir lom çıxarmaq,
Sonra 1-2 ay orda fırladıb ona albom çıxarmaq.
Ata fəxr edir ekranda qızının şıllaq atmağı ilə,
Heç maraqlanmır gecə orda-burda yatmağı ilə.
Bu məqamda yazıb gəldim sözümün əsasına,
Aydındır, ilan vaxtından əvvəl girib yuvasına.
İndi moddur şəhərdə glamour və ya səviyyə olmaq,
Adi haldı kişi müəllimə 8 martda hədiyyə almaq,
Yoxdur sakitlik burda, var çepe insidentdə,
Sadə xalq bizə qulaq asır, amma rep-ə prezident də.
Milli bankın arxasında matəm önündə bayram,
Özüm çaşdım, bilmədim, necə ölümü ölümdən ayıram.
Bizi tanıyan tanıyır, müharibə davam edir,
Davam edir müharibə, sizi tanıyan tanıyır!

Chorus

Mat, məəttəl, təəccüb (wow )qalıram, çox təəssüf,
Demək olar, hamı.
Səssiz təəccüblən! (wow)
Meşəyə insanlar gəlir, şəhərə canavarlar!

Mat, məəttəl, təəccüb (wow )yazıram, çox təəssüf,
Demək olar, hamı.
Səssiz təəccüblən! (wow)
Meşəyə insanlar gəlir, şəhərə canavarlar!

Verse 2

Küt mollalar şeytan əməli axtarır fəlsəfəmdə,
Eybi yox, elədirsə, görüşərik cəhənnəmdə!
Mömin olmaqlarını bilir respublika, el içi,
Amma xəlvətdə duroçka pod Monika Belluçi.
Sauna, ağızda pivə, imanı itirirlər,
Kayfa, Bakıya “Berqavana” gətirirlər.
Biraz panaşa, nəşə, biraz anaşa,
Motor və başlayır gülməli tamaşa.
Namizədlərin şüarı: “I’m a number one!”
Bizim lələrin çoxu pedofil “Berlusconi”
Hamı dinləyir, bəyənir Okanın satirasını,
Müqəddəsin yox, çək ananın karikaturasını.
Salam, Bakıya gəlmisən, sahilləri səhv salma,
Düşüncə, məhlələr, küçələr, sakinləri səhv salma.
Gözlər önündən silinməyən “Siluet” deja vu-m var
Nə isə, mən gedirəm, cəhənnəmdə randevum var!

Chorus

Mat, məəttəl, təəccüb (wow )qalıram, çox təəssüf,
Demək olar, hamı.
Səssiz təəccüblən! (wow)
Meşəyə insanlar gəlir, şəhərə canavarlar!

Mat, məəttəl, təəccüb (wow )yazıram, çox təəssüf,
Demək olar, hamı.
Səssiz təəccüblən! (wow)
Meşəyə insanlar gəlir, şəhərə canavarlar!

RG
Təəccüblən cümlə, hamınıza bəsdir bir cümləm
Başımız sağolsun üstündən su iç gücənmə
Nə qaldı dünəndən, şəhid olmur hər öləndən.
İndi gör inanma, dolan palanla,
Gülümsə yalandan, doymaq yox yalanma
Paris zamanl2ea qəhrəman da axtarma.
Məlikməmməd də harda, firarda
İndi çırtdan bənzədir özünü
Pokemona da soxum ona da 100 manata,
Çıxır bu arada tıx tıx xanım sürür Sonata
İndi dəvə də güvənir olmayan qanada.
Məmurlar pinokyo, burunu rəndələ,
İndi şeyə meyl çox nəinki qantelə
Qışqır mitinqdə, təzə növ raskrudka,
Yeni nəsil inqilab edir hamısı feysbukda.

Chorus

Mat, məəttəl, təəccüb (wow )qalıram, çox təəssüf,
Demək olar, hamı.
Səssiz təəccüblən! (wow)
Meşəyə insanlar gəlir, şəhərə canavarlar!

Mat, məəttəl, təəccüb (wow )yazıram, çox təəssüf,
Demək olar, hamı.
Səssiz təəccüblən! (wow)
Meşəyə insanlar gəlir, şəhərə canavarlar!
  Oxşar xəbərlər  
Okaber – Mərasim
Okaber – Qanqa
Okaber – Mən İnsanları Tanıyıram
RG – Söz Önü
Okaber – #OnÜç
Okaber – Sylvia Ganush
Okaber – Vətən Xaini
Okaber – Boz Ay
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Karat - Ay işığında (Ft. DN Jo)
Epi - Qətran
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 68
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli