AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
Pk3Wr6_190x190
Okaber ft. Saybu Swag – Ölür Yaxşılar
27/03/2016
Baxış sayı: 2576
Göndərdi:

Okaber ft. Saybu Swag – Ölür Yaxşılar Lyrics

[Chorus: Saybu Swag]

Ölür yaxşılar, pislər çoxalır,
Ömür yaxşıdan, illər çox alır.
Ölür yaxşılar, pislər çoxalır,
Ömür yaxşıdan, illər çox alır. (x4)

[Verse: Okaber]

Mikrafonda Xaç Atası!
Əzabın dərəcələrindən, yuxusuz gecələrimdən,
Danışım neçələrindən, biraz tempi artır
Təbim Osama bin laden, səsim terrordu
Belə bir ordu qurdu əqidəmiz, Bozqurdu!
Əlimdə mənim mübarizəm, beynimdə Hitlerdi
Sizlər əylənəndə, #TAOW şəhid verdi!
Neçələri ağzını, üzünü, gözünü əyib getdi
Əlimi sıxanlar çox olub kal, dəyib getdi!
Hərdən baxırdım, insanların saxtalarına,
Kasıb geyimləriylə dolu, uşaq baxçalarına
Təsəlli səhər alınmadısa eybi yox, axşam alınar,
Dost, dərdim var, torpaqda qəbrimdə şam yanar…
Mən isə var olanları bəzən yox bilərdim,
Gülmək yaraşsaydı mənə, yəqin çox gülərdim..
Bizləri sərhəd, bariyer, körpülər bölməsin
Müharibə davam edir, amma körpələr ölməsin…
Adamın gərək adamı olsun bəzi hallarda,
Adamın adamı olmasa, adamın adamlığı da olmur bu zəmanədə
Deməli bizim adamlığımız yoxdur,
Nə olsun ki, qarnımız hərdən ac, gözümüz toxdur..

[Chorus: Saybu Swag]

Ölür yaxşılar, pislər çoxalır,
Ömür yaxşıdan, illər çox alır.
Ölür yaxşılar, pislər çoxalır,
Ömür yaxşıdan, illər çox alır. (x4)

[Verse: Saybu Swag]

Ölür yaxşılar
Pisi görür yaxşılar
Nəfs oyunu deyil
Könül yarışı bax
Zamana buraxma
Gömür axışı vaxt
Xeyir və şər
Veyil bəşər
Heyif eyş-işrət
Əməl geyin qəşəng
Dönər meyid leşə
Pislər əyib eşər
Tütün xeyir, peşə
Hər şeyin bədəli var
Atanın səhvi oğuldan çıxar
Ya səhvin, ya da oğlun olmasın
Gün gələr səni də qorxudan çıxar
Qorx ki, qorxmağa qorxun olmasın
İnsan oğlunun yaxşısı az
İnsaflı ol qarşısın al
Çünki

[Chorus: Saybu Swag]

Ölür yaxşılar, pislər çoxalır,
Ömür yaxşıdan, illər çox alır.
Ölür yaxşılar, pislər çoxalır,
Ömür yaxşıdan, illər çox alır. (x4)

  Oxşar xəbərlər  
Okaber – Mərasim
Okaber – Qanqa
Okaber – Mən İnsanları Tanıyıram
Okaber ft Sirat – Çağır gəlim
Okaber – #OnÜç
Okaber – Sylvia Ganush
Okaber – Vətən Xaini
Okaber – Boz Ay
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Epi - Qətran
Karat - Ay işığında (Ft. DN Jo)
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 66
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli