AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
nilo
Orxan Zeynallı – Nil (ft. Tomris)
09/07/2016
Baxış sayı: 6365
Göndərdi:

Orxan Zeynallı – Nil (ft. Tomris) Lyrics

Verse 1.
Sabahın xeyir Nil, bu gün hava 10 dərəcə
Səmadan 1-2 damcı sevgi və yağış yağır
Bilirsən, həyat bəzən qəddar olur son dərəcə
Dərdə öyrəşdirsələr də, biz heç vaxt barışmadıq
Gecələr sənin olsun, sən bəzən ulduzlar tək
parıltılar içində, işıq saçan incə biri
İnsanlar üzdülər bizi, onlarda yoxdu gerçək
Od vurub gözlədilər, amma biz alışmadıq
Sabahın xeyir Nil, Bakıda sərt küləklər əsir
Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmədik
Ayırmaq istəsələr də, qəlbin parçalarını
Biz olmadıq təslim, keçər bu həsrət dedik
Yatağın istidi yəqin, üstünü sevgiylə örtüb
Qorudum yadlardan, ətrafında sevgilər hördüm
Sənlə hər zaman susub heç vaxt danışmasaq da
Sən məni anlayırsan, mən səni anlamasam da

Nəqərat[Tomris]
Nil, ötür ömrün illəri
Sənin ürəyin yaşadır məni.
O günahsız barmaqların,
Gecələr toxunur, oyadır məni.(2)

Verse 2.
Sabahın xeyir Nil, bütün Bakı duyur ətrini
İslanmış prospektdən keçib yəqin dərdli bir kəs
Bu mahnılar da bir gün biləcək sənin qədrini
Radioda səndən danışır bu gün şöhrətli bir kəs
Məsafələr heçdir, xəritədə bir iki barmaq
biz dünya boyda olsaq da heç vaxt öyünmədik
Qırılan körpülərdən uzaq qaçıb tənha qalmaq
Biz tənha rəqəmlər tək, ikiyə bölünmədik
Axşamın xeyir, Nil yəqin ki tanıdın məni
tozla dolu bu şəhərdə, heç kimə qarışmadıq
Mahnılar qəmləndikcə, zirvəyə qaytarır məni
Hər kəs bizdən danışdı, sən heç vaxt danışmadın
İsidir sevgini bəzən, soyuqdan donmuş əllər
Deyəsən qanadını əzdin səmalardan düşəndə
Bu notlar sənə yad deyil, hər birini tanıyırsan
Mən səni anlamasam da, sən məni anlayırsan

Nəqərat[Tomris]
Nil, ötür ömrün illəri
Sənin ürəyin yaşadır məni.
O günahsız barmaqların,
Gecələr toxunur, oyadır məni.(2)

  Oxşar xəbərlər  
Orxan Zeynallı – Şərbət
AiD – Şəbəkə
Orxan Zeynallı – Uzaqlardan Məktub
OOU – Nobody Can’t Stop Party (ft. Nadir, AiD)
Orxan Zeynallı “AiD” (H.O.S.T) — “Bəlkə də nə vaxtsa”
Orxan Zeynallı (AiD) – Həyatın Özü (ft. Tomris)
AiD – Çağırdım
H.O.S.T Alliance – Raplica
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Epi - Qətran
Karat - Ay işığında (Ft. DN Jo)
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 66
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli