AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
Pranga - Yağış Qadın
Pranga – Yağış Qadın
18/11/2014
Baxış sayı: 16418
Göndərdi:

Pranga – Yağış Qadın Lyrics

[Usta Şəhriyarın `Yar Qasidi` şeiri]

Sən yarımın qasidisən Əyləş sənə çay demişəm,
Xəyalini göndəribdir bəs ki, mən ax-vay demişəm,
Ax gecələr yatmamışam mən sənə lay-lay demişəm,
Sən yatalı mən gözumə ulduzları say demişəm.

VERSE  1

İndi gözlərindəyəm, ona görə də ağlama,
İzin vermə göz yaşın olub düşüm yanağına.
Yandırırdı hər gecə xəyalını qucaqlamağ,
Zülfümün hər şanəsi keçdi ömür darağına.

Nə qədər zaman keçsə də burda sol yanımdasan,
Yağış ətirli saçlarını sığallasın küləklər,
Qarışmısan damarlarıma dövr edən qanımdasan,
Yüz illər belə keçsə unudulmur mələklər.

Yoluma bax, ölümə gedən hər qatarla səfərdəyəm,
Üzümə bax, tanış gəlirmi gör indi bu qırışlar,
Ordayam yenə, öldürdüyün o yerdəyəm,
Yenə də həmin küçəni isladırdı yağışlar.

Ağlama, axı sən ağlasan mən də ağlaram,
İstəməzdim hər gecə ağrılarımı görəydin,
Saçına düşən yağış, pəncərəmdə damla qaram
Bahar gəldi, mən də gedim yolçu yolda gərəkdi.

[Nəqarət]

Getmə, çünki gedişinə dözmüyəcəm mən düzü,
Sənin qızıl şanələrini vəsf eliyir hər sözüm.
Həmişə üzüm gülsə də, birdə gülmüyəcək gözüm,
Onda nə xeyri var əgər qoy heç gülməsin üzüm.
Gündüzüm, həsrətdir bax indi günəşə gündüzüm,
Gətir o qızıl zülfünün tellərində gül düzüm.
Alışmışam yanımda olmadığın hər gecə,
Bir-iki tütün alışsın, badələrimə mey süzüm,
Və vücudumün sol yanında çiynim üstə qalıb izin,
Cavid deyə bilməmişdi getmə Yağmurun qızı.
Hər ayrılığ günündə küçələrinde külək əsir,
Deyəsən heç Bakı da onda sevməmişdi bizi.

VERSE 2

Qonaq gəldi xəyalın, danışdıq bütün gecə,
Danışdıq amma sonda getməyiylə barışmadım.
Niyəsə yazanda Cavid, ağlıyırdı dün gecə,
Birdə mənim həyatımda olmuyacaq Yağış Qadın.

Sən gələndə milyonların içincə yanlızıydım,
Küləklərlə gəlmiş idin, küləklərle gedirsən,
Dəniz rəngli gözlərinlə tanrıların qızıydın.
Cənnətdən gəlmiş idin, indi mələklərlə gedirsən.

Əllərim boş qalıb, yazılarımda azırdım,
Sən heç istəməsəndə təkcə səndən yazırdım.
Dünən gecə xəyalın qonaq gəldi otağıma,
Tüstü şəraba qardaş oldu və bu mahnı yazıldı.

Xəzər lazım deyil mənə onsuz da gözlərin dəniz,
Mənim qara gözlərim kimi qaradı bəxtimiz,
İçimdə varsan deyə ölüm qorxudur məni.
Biraz kədər biraz qəm və bitti bizim hekayəmiz.


[Nəqarət]

Getmə, çünki gedişinə dözmüyəcəm mən düzü,
Sənin qızıl şanələrini vəsf eliyir hər sözüm.
Həmişə üzüm gülsə də, birdə gülmüyəcək gözüm,
Onda nə xeyri var əgər qoy heç gülməsin üzüm.
Gündüzüm, həsrətdir bax indi günəşə gündüzüm,
Gətir o qızıl zülfünün tellərində gül düzüm.
Alışmışam yanımda olmadığın hər gecə,
Bir-iki tütün alışsın, badələrimə mey süzüm,
Və vücudumün sol yanında çiynim üstə qalıb izin,
Cavid deyə bilməmişdi getmə Yağmurun qızı.
Hər ayrılığ günündə küçələrinde külək əsir,
Deyəsən heç Bakı da onda sevməmişdi bizi


[Usta Şəhriyarın `Yar Qasidi` şeiri]

Hər kəs sənə ulduz deyə, özüm sənə ay demışəm,
Sənin gün tək batmağıvı, ay batana tay demişəm,
Hər gözəldən bir gül alıb sən gözələ pay demişəm,
İndi yaya qış deyirəm, sabiq qışa yay demişəm,
Gah toyunu yadə salıb, mən dəli nay nay demişəm,
Gah toyunu yadə salıb mən dəli nay nay demişəm,
Sonra yenə yasə batıb ağları hayhay demişəm,
Ömrə sürən mən qara gün ax demişəm vay demişəm.

  Oxşar xəbərlər  
Pranga – TURAN
Pranga – Sən Gəlməz Oldun
Pranga – Əlvida (flamenco)
Pranga – Sənsiz Yollardayam (ithaf)
Pranga – Danışır : Tarix
Samazan – Dirçəliş
Samazan(Pranga) – Balaca qız
Pranga – Carçı
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Karat - Ay işığında (Ft. DN Jo)
Epi - Qətran
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 68
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli