AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
maxresdefault
PRoMete ft. AiD – Heykəllər
28/05/2016
Baxış sayı: 5829
Göndərdi:

[Verse 1: PRoMete]

Elə şeylər var ki, onlar olur sən sadəcə baxırsan,
Qarışa bilmirsən olanlara olsan da yaxın sən.
Gözünü çəkə bilmirsən, olanlardan,
Donub heykəl kimi qalırsan o anlarda.
Bəs heykəllər görən olurlarmı hansısa məqamda insan
Danışardı nələri əgər insan olmaq alınsa
Nələri xatırlayır, nələri çıxara bilmir yaddan?
Nələr gəlmir xoş və ya saxlayır həyatda
Soruşsaq Sabirdən və o danışsa birdən
Görəsən deyərdimi ayılmışıq cəhalətdən
İndi zaman fərqli dəyişib insanların düşüncəsi
Belə deyildi bu millətin iki əsr öncəsi
Baxıram Sabirə papağına göyərçinlər qonub
Danışmır bircə kəlmə belə susub donub
Bəlkə də alınsa da dinməzdi o
Onu bu küçədə gördükləri yaman yorub

[Nəqarət: AiD]

İlləri yola salıb, ötürüb nəsilləri,
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri.

[Verse 2: PRoMete]

Nəsimi danışardı yəqin bizə həqiqətin gizli olmadığın bu dördbucaqlı qutularda
Car çəkməkdə davam edərdi o insanın aliliyin və cibində tiryək filanla tutulardı
Fizuli deyərdi ki, rüşvətin bu həddə çatacağın yatsa yuxusuna da gətirə bilməzdi
Evləri sökülmüş sakit duran o əhalini illərdir tanıyır və əmindi ki, bu millət ölməzdi
Nizami şikayətlə danışardı gənclər yazan SMS-dən
Onlar qəti qaynaqlanmırlar Leyli-dən ya da Qeys-dən
Deyərdi bu cümlələri hirsnən
Bir bilsəydim kimə qalacaq irs Xəmsəm
Və ya eşitsə bircə anlıq musiqimizi Hacıbəyov
Ürəyi dözərdimi, erməniyə verərdimi haqq onda
Cavid yəqin ki, dəli olardı
Danışılanları eşitsəydi öz milləti haqqında

[Nəqarət:  AiD, PRoMete]

İlləri yola salıb, ötürüb Nəsilləri,
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri. (x3)

[Verse 3: PRoMete]

Yəqinki, Əhməd Cavad da istərdi daima
Dayansın elə bir yerdə ki, görünsün bayrağ,
Ya da Almas İldırım bəlkə də istəməz
Heykəli ucaldıla birləşdirilməmiş torpaq,
Neçə-neçə insanlar gedib əqidə üstə
Bizsə indi yaşayırıq demək olar əqidəsiz
Baxış bucağım dəyişir yaşlandıqca
Amma hələ də təsəvvür etmirəm Bakını Rəsulzadəsiz

  Oxşar xəbərlər  
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
Orxan Zeynallı – Qorxma Özündən (vocal Gul’nar)
PRoMete — Otaq ft. Turan Manafzadə
Orxan Zeynallı – Şərbət
Orxan Zeynallı – Dəyişir Həyat
PRoMete – Adsız mahnı
PRoMete ft. Uran – Toxunulmaz Status!
Orxan Zeynallı ft. Mərdan Kazımov – Ən Ətirli
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Karat - Ay işığında (Ft. DN Jo)
Epi - Qətran
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 68
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli