AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
13453329_10209485039792318_1736246479_o_190x190
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
15/06/2016
Baxış sayı: 2958
Göndərdi:
Verse 1 [PRoMete]
Mənə ver ən qeyri adi beat-i mən,
Çevirim tracklistdə növbəti hitimə.
Bəzən çıxarıram zarafatlarla şiti mən,
Amma ki, tracklərdə hər zaman ciddi mən.
Maraqlı deyil kim nə düşünür haqqımda,
Pis danışana halallıq vermirəm haqqımdan.
Mən özümə seçdiyim dəyərlərə yaşayan
və zövq alan insanam yaşadığım vaxtımdan.
Mənə nə danışa bilər oxumayan Kiyosaki?
Ya da oxuyub deyən ki, guya yeni nə var ki?
Oxuduğum kitabı oxumaram elə-belə,
Ona görə hələ listimə düşməyib Qorki.
Diyirlənib getmirəm həyatın axını ilə,
Çox vacibdir mənə həyatın hər anı.
Baxmayaraq ki, tapa-tapa gedirəm cavabları,
Yenə də sonda böyük sual dayanır.

Nəqarət [Rövşən Əzizov]
Zaman torpaq kimi,
Axır barmaqlarımda.
Çalışıram yazım,
Ömür yarpaqlarında.

Verse 2 [PRoMete]
“14”-də axtardığım çox sualın cavabın,
“Köhnə mahnılar”ımı eşələyəndə tapdım.
İçimdə lap azacıq kidurət qalmışdı,
Onu da “Yaylıq”la havaya buraxdım.
Hərdən, kimsə görmədiyi yerdən,
Radio dalğaları kimi qəfildən,
Qafiyələr gəlir mənə pərilərdən,
Bu track yazılıb həmin saniyələrdə.
Kiminçün bu track bir ömürlük dost,
Kiminçün bir dəfəlik play və bitdi.
Kiminçün bu track yenə də deyil H.O.S.T,
Bütün olanlara tək Allah şahiddir.
İçimi-çölümü bir edib qoyuram sətirə,
Əsas odur ki, hiss elədiklərimi ötürəm.
Mənim ən böyük yatırımım hisslərdir,
Qazancım da hisslər, çətin ki itirəm!

Nəqarət [Rövşən Əzizov]
Zaman torpaq kimi,
Axır barmaqlarımda.
Çalışıram yazım,
Ömür yarpaqlarında.

Verse 3 [PRoMete]
Bilirəm, bütün tamaşaların sonunda,
Pərdələr enir və qalırsan tək.
Sonra, gəlir ora yaradıcı heyyət və
Keçərli olmur daha heç bir kömək.
İcazə verilir səhnədə improvizə
eləməyə, amma sujetdən çıxmadan.
Mən arada “Mete”yə, arada da “Pərviz”ə,
Dəyişirəm kimliyimi qorxmadan.
Çox görə-görə gəlmişəm, yenə inanıram,
Olmalı insanlar arasında mükəmməl.
Bəlkə də yoxdu sona qədər ideal, amma
İnsan həyatından ümid tükənməz.
Ümidimi basdırdım məzarlıqda,
Bitdi o yerdə Ümid Ağacı.
Xeyri böyük oldu meyvələrinin,
Amma dadı birazacıq oldu acı.

Nəqarət [Rövşən Əzizov]
Zaman torpaq kimi,
Axır barmaqlarımda.
Çalışıram yazım,
Ömür yarpaqlarında.

  Oxşar xəbərlər  
PRoMete ft. AiD – Heykəllər
PRoMete — Otaq ft. Turan Manafzadə
PRoMete – Tənha Qarğa
Aciz İnsan (PRoMete ft. Qaraqan)
PRoMete – Adsız mahnı
PRoMete ft. Uran – Toxunulmaz Status!
AiD ft. PRoMete – Hisslər Danışanda
H.O.S.T Alliance – Raplica
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Karat - Ay işığında (Ft. DN Jo)
Epi - Qətran
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 68
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli