AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
rg
RG – Format Deyil
21/10/2014
Baxış sayı: 937
Göndərdi: Farid Sardarov

RG – Format Deyil Lyrics

Verse 1.
Düz gəlmir formata (x3)
Bu nəfəsim mikrofona hənir verəcək,
Kəsilməyəcək, təki tapılana qədər əvəzim,
Bu həvəsim hünər vərəcək.
Əl çək, haqq-ədalət gerçək bizdə axı nə gəzir?
Yaxşı gəzin-tozun, amma ölməyə … Vətən,
Artan benzin pulu görən, kimin cibinə gedər?
Bir də gördün, gecə bu vədə deməmiş nədən,
“Bəsdi” – deyib bu qədər salır yekə cipinə bir gədə,
Ona görə demirəm, yaxşısı, susum,
Mən sakit dururam, amma sətirlərim qan qusur.
Ruh kirliysə, niyə alır axı onda can qüsul?
Anar demiş: sabun dəyişir, köhnədi üsul.
Bir susun, görün əməli, deməli, düz qurulmuyub təməli,
Bu gün bu otaqdan vicdanın səsi gəlir.
Mənim sağ qolum əvəz edir vəsiqəmi,
Polis əmi bizi susdurmaq üçün heç nə əsirgəmir!

Nəqarət:
Məni kritiklər top-tüfəngə basır, çünki düz gəlmir formata!
Məni heç kəs “show-biz”ə qatmasın, çünki düz gəlmir formata!
Düz məndə, media gopa basır, ona görə düz gəlmir formata!
Rap zəfər havası, siz qorxaq qalasız və bu düz gəlmir formata!

Verse 2.
Mənlə böyüyən uşaqlar Eleven-da neylir?
Tək tanıdığım kokteyl – “Molotov Kokteyli”.
O birisi şarlatanlar nəsə inqilab, akt eyləyir,
Nəysə, mən içirəm çayçıda çay mixəkli.
Bu gözlər nə qədər görüb haqq-ədalət yetirilib qətlə,
Bunu dərsliyə salmaz TQDK, dinlə diqqətlə!
Biz ki tərbiyə görmüşük küçədə, ümumiyyətlə,
Nə olsun, valideyinlərimiz intelligentlər?
Bu “ara uşağı”. 3 yaşdan bilirəm, yoxdu Şaxta Baba,
Sehir deyil göyqurşağı,
Yuxarıdan aşağı baxmaq olmaz rəqibə qəribə kinayəylə,
Atam iradəylə öyrədib, hər şeydən qabaq ailə,
Ay lə, yaş ötüb keçir, nələrə nailəm?
Göygölü dəyişdim Xəzərə, Mikrorayon 3-cü Dairə,
Badamdar və sairə.
Xasiyyətcə, zahirən dəyişirəm
Heç bir əməlimə çəkmirəm xəcalət,
Nə çarə olacağa?
Oldu keçdi balacama, öyrədirəm qanacağa,
Nə vaxt özünü qanacaq ha, tək başına qalacaq.
Biləcək, kişinin olar ulqumu,
Saymayanın ağası ol, sayanın qulu!

Nəqarət: 
Məni kritiklər top-tüfəngə basır, çünki düz gəlmir formata!
Məni heç kəs “show-biz”ə qatmasın, çünki düz gəlmir formata!
Düz məndə, media gopa basır, ona görə düz gəlmir formata!
Rap zəfər havası, siz qorxaq qalasız və bu düz gəlmir formata!

  Oxşar xəbərlər  
RG – Söz Önü
Okaber ft. RG – WOW
RG – Qaraqan Hardadır ?
Ali Khayyam ft. RG – Yalançı
Okaber ft. RG – Çək pərdə
RG – DVBDVBV
RG – De Ağa
RG – MVD TRPL
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Epi - Qətran
Karat - Ay işığında (Ft. DN Jo)
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 66
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli