AzRAP LYRICS
People from Azrap:
aid nil  lyrics
Paster Dost Od 1st class lyrics
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
PRoMete ft Rövşən Əzizov – Ömür Yarpaqlarında
uran
Uran – Spid virusu
26/05/2015
Baxış sayı: 616
Göndərdi: Nigar Yusifzade

Uran – Spid Virusu Lyrics

[Verse: 1]
Açılmaz olan qapıları mən açmaq istəyirəm!
Cəmiyyətdən uzaqlaşıb sonsuz qaçmaq istəyirəm!
Mən istədiyim bir qızla birgə olmaq istəyirəm!
Mən həyatımın xoşbəxt anı ilə dolmaq istəyirəm!
Başa düşmək istəyirəm, başa salmaq istəyirəm!
Yuxu görmək istəyirəm, xəyala dalmaq istəyirəm!
Mən yerdən artıq bezmişəm, günəşlə qalmaq istəyirəm!
Mən ölüm bıçağını qəlbimin dibinə salmaq istəyirəm!
Bəsdir. Yetərdir.
Qaranlıqdan daha bezmişəm
Sevməyi bacarmıram.
İnsanların nifrət sezmişəm.
Unutmuşam keçmişimi,gələcəyimə men tufurmusem.
Xoşbəxtlik şansın əldən buraxıb,onun üçün mən üfürmüşəm.
İndiki həyatımı mənasını bir qutu siqaretdə görürəm.
Öz əlimlə özüm üçün qəbir daşın mən hörürəm.
Dayan bilmirəm,getdikcə daha da aşağıya enirəm,
Nə danışdığımı düşünmüyün,ağzıma gələni deyirəm,
Baxıram kalendara,balaca kağızda nələr vardır,
İnsan həyatı belə çərçivədə,insan həyatı belə dardır.
Yaşayacağım günlərə baxıram,əzib atıram vedrəyə.
Həyatsa aşağıya enir,əsəbləşmək gərək nəyə?
Otuzun arasında qalmışam,mən görəsən nə edim?
Özümü bu zibilə salmışam,görəsən haraya gedim?
Günəş mənə qara görünür,bugün olub ona nə.
Uzaqlaşın siz məndən,SPİD virusu düşüb mənə.

[Nəqarət]

Haradayam?
Bilmirəm mən haradayam?!
Bəlkə burda,ya da qabaqda son qoyam?
Bəlkə küsüb,bezib bu heyatdan doyam?!
Bəlkə,oturub günlərimi sayam?

[Verse: 2]
Əlsizəm,qolsuzam,donsuzam,sonsuzam
Bədbəxtəm,xoşbəxtəm,insanam,heyvanam
Qəlbsizəm,sənsizəm,gözsüzəm,sözsüzəm.
Faşistəm , nasistəm , tüstüyəm, mən nəyəm ?
Başa düşməmişəm ki,dünyanı dəyişə bilmərəm
Pis bir iş görərək,mən yaxşılığı heç vaxt silmərəm
Xeyir öz yerində olur,şər qüvvə yerində qalır
Yalnız insan artıq əşya tək,özünü araya salır.
100 mərtəbə binanın damından durub yerə baxıram,
Gözlərim yaxşı görür,ancaq mən yenə eynək taxıram,
Mən gözlərimi gizlədirəm,qorxuram onları itirərəm,
Bədənimdə olan yeganə saf yeri qurban yetirərəm.
Tullanımmı buradan?Düşümmü azad dünyaya?
Onsuzda etdiyim səhflər,artıq gəlmir saya.
Oğlan ve qız girir qol-qola budur gəzirlər yenə,
Uzalqlaşın siz məndən, SPID virusu düşüb mənə!

[Nəqarət]

Haradayam?
Bilmirəm mən haradayam?!
Bəlkə burda,ya da qabaqda son qoyam?
Bəlkə küsüb,bezib bu heyatdan doyam?!
Bəlkə,oturub günlərimi sayam?

[Verse: 3]
Getdim yoxlatdım özümü,mən inanırdım keçəcək.
Neçə dəfə belə olub,hər şey üz yolun seçəcək.
Ancaq,bu dəfə ilişdim,ancaq bu dəfə girişdim
Ancaq bu dəfə ölüm ətrini hiss etmişdim.
Bir saat keçdikdən sonra həkimlər dedilər mənə:
“Həyatından uzaqlaş,SPİD virusu düşübdür sənə.”
Mən yerimdə dondum,qəlbimin daxilinə qondum,
Ürəyimin damarların bir-bir çıxartdım,qırdım-yondum.
Qoy azad olsun ürəyim,tullantı üçün işləməsin
Damarda qan qalmasın,vicdan qəlbimi dişləməsin.
Biz bir-birimizdən ayrılaq o ,artıq azad bir ürəkdir,
Heç vaxt unutmayın,ürək yaşayan insana gərəkdir.
Gözümü açanda gördüm,məni möhkəm bağlayıblar,
Qollarım kəsik-kəsikdi,acı iynə ilə dağlayıblar.
Bir addım irəli atıb,iki atdım addım geriyə.
Beynimdə 1 sual var idi axı niyə?niyə?niyə?
Bir anlıq baxdım ətrafa ağaclar, qönçə güllər,
Bir anlıq baxdım insana, günahlar,qanlı əllər
Yağış tökür üzümə,hər damcı dənə-dənə
Uzaqlaşın siz məndən SPİD virusu düşüb mənə!

[Nəqarət]

Haradayam?
Bilmirəm mən haradayam?!
Bəlkə burda,ya da qabaqda son qoyam?
Bəlkə küsüb,bezib bu heyatdan doyam?!
Bəlkə,oturub günlərimi sayam?

  Oxşar xəbərlər  
Uran feat. Xpert, Ziq Zaq, Paster – iricapli
URAN – Zaman Qocalmır
URAN – 100lük
Uran- Vətən Balladası
Uran – Sadə Bir Qız
Uran ft. A.Nağılbaz, Virtual, Həkim & Master T – Da StreetZ
PRoMete ft. Uran – Toxunulmaz Status!
Uran – Mənim fəlsəfəm
Nadeer Negd Pul / Tam Fərqli / Hesabat konserti
Ən çox oxunanlar
Xpert ft. Paster - Ağır metal
Xpert - Və bir də
Karat - Günəşi olmaz adam
Qaraqan - Dərzi
Epi - Qırmızı Winston
Okaber - Başlıqsız Sətirlər
Karat - Ay işığında (Ft. DN Jo)
Epi - Qətran
Pranga - Yağış Qadın
Karat ft.Yap10 - Sarı Gəlin
TOP 10 MÜƏLLIFLƏR
Hüseinzade 244
Hasanovich 210
Rza 68
Ramiz 38
Röyal Babayev 28
Zaur Faradzhev 21
Toghrul Rahimli 16
abbat 10
A-Morf 9
Samir 6
AZRAP LYRICS Parviz Babayev  Vugar Mammadli